...

CEYHANA TERMİNALIN YOXANILMASI ÜÇÜN AZERI LIGHT NEFTİNİN İLK PARTİYASI GÖNDƏRİLİB

Energetika Materials 21 Sentyabr 2005 16:05 (UTC +04:00)

Sentyabrın birinci ongünlüyündə Gürcüstanın Qara dənizdəki Supsa limanından Türkiyənin Ceyhan limanına terminalın yoxlanılması və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tam doldurulması üçün 600 min barel Azeri Light növlü neft partiyası göndərilib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, neft partiyası BTC Co tərəfindən "Azəri-Çıraq-Günəşli" yataqlarından neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən alınıb.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, bu neftin köməyi ilə Ceyhan terminalında müxtəlif nasoslar, rezervuarlar və limanın digər texniki hissələri yoxlanılacaq. Xammalın müəyyən hissəsi boru kəmərinə sonradan texniki qalıq kimi BTC-də saxlanılmaq üçün vurulacaq.

Bu neft partiyasının dəyəri BTC Co -da təmsil edilən Azərbaycanın Azeri Light növlü neftinin orta aylıq Platts məzənnəsi əsasında hesablanaraq ABƏŞ-dən 600 min barel neftin alınması üçün pul vəsaiti təqdim etməyib.

Xəbər lenti

Xəbər lenti