...

2006-cı il yanvarın 1-də Shirvanoil Operating Company şirkəti yaradılacaq

Energetika Materials 18 Noyabr 2005 13:18 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Britanyianın Caspian Energy Group şirkəti 2006-cı il yanvarın 1-də Shirvanoil Operating Company əməliyyat şirkətinin yaradılması barədə razılığa gəliblər. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Shirvanoil ƏŞ Azərbaycanın quru "Kürovdağ"ı yatağının reabilitasiyası, kəşfiyyatı və işlənməsi ilə məşğul olan keçmiş Shirvanoil BM-nin bazası əsasında yaradılacaq.

Hazırda təhvil-təslim üzrə işlər başa çatmaqdadır. Bu işlərin başa çatmasından sonra BM-nin əmlakı ƏŞ-nin balansına keçiriləcək.

2004-cü ilin noyabrında ARDNŞ "Kürovdağ"ü üzrə Caspian Energy Group (keçmiş Whitehall) şirkəti ilə PSA tipli müqavilə imzalayıb. Həmin müqavilədən tərəflərin hər birinə 50% iştirak payı düşüb. 1997-ci ildən "Kürovdağ"la Caspian Energy Group şirkətinin 51% iştirak payına malik olduğu Shirvan Oil BM məşğul olub.

"Kürovdağ" yatağı 1929-cu ildə kəşf edilib, onun işlənməsinə isə 1955-ci ildən başlanılıb. Bu günə kimi yataqdan 36 miln tondan artıq neft çıxarılıb. Bu zaman Shirvan Oil BM (1997-ci ildən) buradan 1,6 miln tondan artıq neft hasil edib.

Müqavilə 25 illiyə bağlanılıb. Sahədə maksimal neft hasilatı 1966-cı ildə əldə olunub, O zaman sutkada 40 min barel neft hasil olunub. Shirvan Oil BM yaranandan burada sutkalıq neft hasilatı 4 min barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti