...

Gürcüstan tədarük olunan elekrik enerjisinə görə Azərnbaycana olan borclarını qaytarmağa başlayıb

Energetika Materials 13 Dekabr 2005 14:37 (UTC +04:00)

Noyabrın 13-dən Gürcüstan tədarük olunmuş elektrik enerjisinə görə Azərbaycana olan borclarını qaytarmağa başlayıb. Bu barədə Trend ə Azərenerji SC-nin baş mühəndisi Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda hazırlıq işləri aparılır. " Gürcüstan borclarını elektri enerjisi kimi qaytarmaq niyyətindədir və biz sutka ərzində 1-1,2 mln kVt/s elektrik enerjisi gözləyirik. Gürcüstanın elektrik enerjisinin Azərbaycan sisteminə tədarük olunması üçün 330 kV -luq Qardabani EÖX-dən istifadə olunur. Əgər işlər nəzərdə tutulmuş qrafik üzrə həyata keçirilərsə, onda borcun qaytarılması 2006-cı ilin yanvarında başa çata bilər" - deyə o qeyd etdi.

Gürcüstanın Azərbaycana borcu 1992-1994-cü ildən toplanıb qalıb və 32,25 mln kVt/s $17 mln məbləğindədir.

Xəbər lenti

Xəbər lenti