2006-cı ilin yanvarında Azərbaycanın istilik elektrik stansiyalarında 6 min ton yanacağa qənaət edilib. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında bildirilir.
Elektrik enerjisinin istehsalı idarəsinin baş mühəndisi Fəzail Süleymanovun sözlərinə görə, yanvarda 1 kVt/s elektrik enerjisinin istehsalına yanacaq sərfi keçən ilin analoji dövrü ilə müqayisədə 1,2 qram azalıb.
Bu həcmdə yanacağa stansiyaların enerji bloklarında profilaktik və bərpa işlərinin aparılması nəticəsində qənaət olunub.