...

İyun ayında ABƏŞ "Azəriqaz" QSC-yə verilən səmt qazının həcmini azaldıb

Energetika Materials 4 İyul 2006 15:10 (UTC +04:00)

2006-cı ilin iyun ayında "Azəriqaz" səhmdar cəmiyyətinə 445,446 milyon kub metr səmt qazı verilib. Bunun 165,764 milyon kub metri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), 279,682 milyon kub metri isə ARDNŞ tərəfindən verilib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər.

ABƏŞ tərəfindən Azərbaycana verilmiş qazın 122,436 milyon kub metri "Mərkəzi və Qərbi Azəri" yataqlarından, 43,328 milyon kub metri isə "Çıraq" yatağından hasil edilib.

Bu ilin altı ayı ərzində "Azəriqaz" QSC-yə cəmi 2 milyard 933 milyon kub metr qaz verilib. Bu həcmdən 1 milyard 636 milyon 667 mini Dövlət Neft Şirkətinin, 1 milyard 279 milyon 46 mini isə ABƏŞ-in payına düşüb.

Xəbər lenti

Xəbər lenti