...

BP-nin neft hasilatı platformasında təmir işləri aparılacaq

Energetika Materials 29 İyul 2006 14:01 (UTC +04:00)

"Çıraq" platformasının təkmilləşdirilməsi layihəsi çərçivəsində oktyabr ayında bu platformanın 10 gün dayandırılması planlaşdırılıb. Bu barədə Trend ə "Azəri"-"Çıraq"-"Günəşli" yatağının işlənməsi layihəsinin operatoru "BP-Azərbaycan" şirkətindən bildiriblər.

Bu işlər zamanı platformanın səmərəliliyinin və etibarlığının artırılması məqsədi ilə qaz qurutma qurğusu dəyişdiriləcək, suyun laya vurulma həcmi artırılacaq və avadanlığa texniki xidmət göstəriləcək.

Əvvəl şirkət platformada batareya sisteminin tərkib hissələrinin dəyişdirilməsi üçün platformanı gözlənilmədən dayandırıb.

Şirkətin qiymətləndirmələrinə görə, il ərzində "Çıraq" yatağında orta sutkalıq hasilat 141 min barel təşkil edəcək. Hazırda "Çıraq" platformasında 20 quyu istismar edilir: 14 neft hasilatı və 6 suvurma quyusu. İlin birinci yarısında platformadan təxminən 27,5 mln. barel ( və ya 3,7 mln. ton) neft hasil edilib. 1997-ci ilin noyabrından - hasilatın başlandığı vaxtdan "Çıraq" platformasından artıq təxminən 358 mln. barel (və ya 48,3 mln. ton) neft hasil edilib.

Xəbər lenti

Xəbər lenti