...

"Azərenerji" Azərbaycan bölgələrində bir sıra elektrikötürücü xətləri dəyişəcək

Energetika Materials 1 Avqust 2006 16:58 (UTC +04:00)

"Azərenerji" səhmdar cəmiyyəti qışa hazırlıq görür. Trend in xəbər verdiyi kimi, bu barədə SC-dən xəbər veriblər. Hazırda bu cür işlər Azərbaycanın bütün rayonlarında görülür.

Respublikanın Zərdab rayonunda bütün dəyişdirici açarlar dəyişdirilib, transformatorlar əsaslı təmir edilib. "Malikli", "Yuxarı Seyidlər" və "Alvand" yarımstansiyalarında da analoji işlər yerinə yetirilib.

Yaxın vaxtlarda həmçinin elektrikötürücü xəttlərin də yenilənməsi nəzərdə tutulub. O cümlədən, problemin olduğu Ucar-Zərdab və Ucar-Seyidlər xətlərinin dəyişdirilməsi planlaşdırılıb. Bu xətlərin artıq ehtiyatları tükənib. 35 kV gücə malik elektrikötürücü xətlər 110 kV güclü xətlərlə əvəz olunacaq.

Xəbər lenti

Xəbər lenti