...

AB ilə energetika memorandumunun payızda imzalanacağı gözlənilir

Energetika Materials 29 Avqust 2006 14:04 (UTC +04:00)

Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində milli fəaliyyət planına daxil olmuş energetika memorandumunun Avropa komissiyası ilə müzakirə edilməsi üçün Azərbaycan hökümətinin nümayəndə heyəti Brüsseldədir. Hökümətdən Trend ə verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əlyiev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, energetika, ekologiya və təbii sərvətlər üzrə parlament komissiyasının başçısı Valeh Ələsgərov, Avropa Birliyinin Azərbaycana texniki yardım proqramının (TACİS) koordinasiya bürosunun icraçı direktoru Əsgər Ələkbərov daxildir.

Avqustun 28-də başlanmış ikigünlük danışıqlar zamanı Azərbaycan tərəfi sənədə dair təkliflərlə çıxış edəcək. "Energetika sektorunun Azərbaycan üçün strateji və prioritet olduğunu nəzərə alaraq, Azərbaycan öz maraqlarını maksimal surətdə qorumalıdır, çünki AB təklif olunmuş memorandumda öz maraqlarından çıxış edir", - deyə hökümətdən bildirilib.

Avropa Birliyi enerji resurslarının Avropa ölkələrinə əsas tədarükçüləri olan yalnız Rusiya və Əlcəzairdən asılı olmamaq üçün Xəzər bölgəsini resursların əldə olunması üzrə alternativ mənbə hesab edir. AB Azərbaycan qazında da maraqlıdır. Memorandumda Xəzərdən Avropaya nəqliyyat marşrutlarının inkişaf etdirilməsi təklif olunur.

Bunun üçün ölkənin qarşısına Azərbaycan qanunvericiliyinin AB-nin energetika sahəsində direktivlərinə uyğunlaşdırılması üzrə şərt qoyulub. "Bu sənədin bizi nəyə isə məcbur etməsini istəmirik və bir istehsalçı kimi, öz şərtlərimizi irəli sürə bilərik. Həm də AB-nin energetika sistemindəki qanunvericiliyinin öyrənilməsi üçün vaxt lazımdır, lakin biz öz iqtisadi maraqlarımızı pozaraq, öz qanunvericiliyimizi onlara uyğunlaşdırmaq fikrində deyilik", - deyə hökümətdə hesab edirlər.

Memorandumda həmçinin energetika sahəsində tarif sisteminin təkmilləşdirilməsi təklif olunur. Bu təkliflə də razılaşma əldə olunmayır, çünki bu, ölkədəki tariflərin üç dəfə artacağını nəzərdə tutardı. "Əgər tariflər maya dəyərini çıxarırsa, onların artırılmasına ehtiyac yoxdur, həm də əhalinin aztəminatlı təbəqələrinin mənafelərini nəzərə almaq lazımdır", - deyə hökümətdəki mənbədə bildiriblər.

AB energetika təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan, Rusiya və Qazaxıstanla energetika sahəsində əməkdaşlıq siyasətini dəyişmək və başqa ölkələrlə müqayisədə bu siyasəti dərinləşdirmək fikrindədir. Bununla əlaqədar, Avropa komissiyası Azərbaycanın öz karbohidrogenlərini hasil edən və Qazaxıstanın neft və qazını nəql edən ölkə kimi rolunu nəzərə alaraq, onunla energetika memorandumunu hazırlamağa başlayıb. Həm də Azərbaycan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi böyük nəqliyyat-eneretika layihələrinin mərkəzində yerləşir.

Hökümətdən bildiriblər ki, energetika memorandumunun sentyabr-oktyabr aylarında imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti