ARDNŞ BTC neft kəməri ilə çatdırılan Azeri Light növlü neftin Ceyhan limanından satışı üzrə tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.
Partiyanın həcmi 600 min barel (80 min ton) təşkil edəcək. Partiyanın sentyabrın 28-30-da göndərilməsi planlaşdırılır. Tenderə 2006-cı il sentyabrın 5-də yekun vurulacaq.
Avqustun 31-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $67,94 barel təşkil edib.