Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) oktyabr ayında Novorossiysk limanından 135 min ton neftin Ural növünün tanker partiyasının satışı üzrə tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən bildirilib.
Partiyanın oktyabrın 24-25-də yüklənməsi nəzərdə tutulub. Tenderin yekunları sentyabrın 27-dək məlum olacaq.
Sentyabr ayında ARDNŞ Novorossiyskdən iki neft partiyası satıb. İlk neft partiyasını Reoc Ltd. (İsveçrə) şirkəti alıb. 85 min ton həcmində ilk neft partiyasının sentyabrın 24-25-də göndərilməsi nəzərdə tutulub. Bu şirkət ilk dəfədir ki, ARDNŞ neftini alır. Neftin ikinci partiyasını Vitol (İsveçrə) şirkəti alıb. Eyni həcmdə bu partiya sentyabrın 29-30-da göndəriləcək.
2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln. ton neft göndərib, 2004-cü ildə isə bu göstərici 2,559 mln. ton olub.
2006-cı ilin əvvəlindən Novorossiysk limanından ARDNŞ-in neft partiyalarını aşağıdakı şirkətlər alıb:
Yanvar - Glencore (85 min ton);
Fevral - Taurus Petroleum (140 min ton);
Fevral - Glencore (60 min ton);
May - Glencore (60 min ton);
İyun - Glencore (60 min ton);
İyul - Glencore (60 min ton);
Avqust - Glencore (131 min ton);
Avqust - Select Energy (78 min ton);
Sentyabr - Reoc Ltd. (85 min ton);
Sentyabr - Iitol (85 min ton).