...

"BP Azərbaycan" Bakı-Supsa kəmərinin Gürcüstan ərazisindən keçən 2 hissəsində yoxlama aparacaq

Energetika Materials 20 Oktyabr 2006 19:57 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətindən Trend ə verilən məlumata görə, "BP Azərbaycan" yüngül neftin nəqlini dayandırıb və Bakı-Supsa kəmərinin Gürcüstan ərazisindən keçən iki hissəsində texniki problemləri müəyyən etmək üçün yoxlama aparır. Yoxlama borunun N11 - N13 və N13 - N15 hissələrində aparılacaq. Hazırda borunun birinci hissəsinə xüsusi avadanlıq buraxılıb. Oktyabrın 25-də isə ikinci hissəni yoxlamaq nəzərdə tutulub.

Bununla yanaşı, bu həftə BP habelə plana uyğun olaraq modernləşdirmə işlərini həyata keçirmək üçün "Çiraq" platformasında neftin hasilatını dayandırıb. Obyektlərin dayandırılması 10 gün müddətinə nəzərdə tutulub. Həmçinin "ilkin neft" layihə çərçivəsində Səngəçal terminalındakı qurğularda işlər aparılacaq.

BP "Azəri-Çiraq-Günəşli" yataqlarından neft hasil edir və xammalı Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan kəmərləri ilə nəql edir və dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırır.

Xəbər lenti

Xəbər lenti