Noyabrın 15-dən "Azəriqaz" QSC-nin struktur bölməsi "Bakqaz" Bakıda qazın verilməsinin qış qrafikinə keçir. Bu barədə Trend ə "Bakqaz"-dan məlumat verilib.
Qış qrafikinə keçdikdən sonra Bakıda qaz tədarükünün həcmi xeyli artacaq. Hazırda paytaxtda əhaliyə sutkada 3 mln. kub metrədək qaz verilir. Bu həcm qazın verilməsinin yay qrafikinə uyğundur", - deyə "Bakqaz"dan qeyd olunub.
Struktur nümayəndələrinin sözlərinə görə, hazırda Bakıda bu yanacaq növünün bir qədər çatışmazlığı müşahidə oluna bilər. Bu, temperaturun aşağı düşməsi və nəticədə tələbatın artması ilə izah olunur.