...

ARDNŞ-in qazma idarəsi beş yeni quyu qazmağa başlayıb

Energetika Materials 30 Oktyabr 2006 19:25 (UTC +04:00)

"Qum Adası" Dəniz Qazma İşləri İdarəsi beş quyuda qazma işlərinə başlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə qazma idarəsinin rəisi Nazim Qafarov "Respublika" qəzetinə müsahibəsində bildirib. Sentyabrın sonunda idarə 10 aylıq qazma proqnozuna əməl edib. Bu işlərin yekunu olaraq planlaşdırılmış 4 quyu əvəzinə 5 quyu qazılıb.

2006-cı ilin yanvar-sentyabr aylarında Dövlət Neft Şirkəti (birgə müəssisələr və əməliyyat şirkətləri daxil olmaqla) 108 914 metr qazma həyata keçirib.

Bu ilin 9 ayı ərzində istismar qazma işlərinin həcmi 107 299 metr, kəşfiyyat qazması isə 1 615 metr təşkil edib.

Sentyabr ayında 15 032 metr qazılıb. Bunun da 14 802 metri istismar, 230 metri isə kəşfiyyat qazma işlərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti