...

ABƏŞ noyabrda Bakı- Novorossiysklə neft nəqliyni əhəmiyyətli dərəcədə artıracaq

Energetika Materials 3 Noyabr 2006 15:01 (UTC +04:00)

Trend məlumat verir ki, bu ilin noyabr ayında Bakı - Novorossiysk şimal boru kəməri ilə 385 min ton neft nəql olunacaq. Bu həcmdən "Azəri"-"Çıraq"-"Günəşli" yatağından əldə olunacaq neftin 295 min tonu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin(ABƏŞ) payına düşəcək.

ABƏŞ-in ümumi neft həcmindən, 75 min tonu Azərbaycanın gəlir neftinin payına düşür. Bu da Glencore Energy -yə nəql ediləcək. Həmçinin ARDNŞ-ə 90 min ton neft Glencore Energy-dən nəql ediləcək.

Əvvəllər Azərbaycan Dövlət Neft Şirkəti qarşısına məqsəd qoyub ki, bu boru kəməri ilə noyabrda 1 milyon barel həcmində bir partiya da neft nəql edəcək. Lakin ABƏŞ bu marşurutla nəql etmə hüququndan istifadə edib və tender ləğv edilib. ABƏŞ-in neft nəqlinin artmasına səbəb hazırda texniki işlər aparılan Bakı-Supsa boru kəməri ilə nəql etmənin dayandırılması olub.

Xəbər lenti

Xəbər lenti