...

Azərbaycan Dövlət Neft Şirkəti aqreqatların və qazma qurğularının alınması üçün tender elan edib

Energetika Materials 1 Dekabr 2006 15:20 (UTC +04:00)

ARDNŞ-in "Azneft" istehsalat birliyi aqreqat və qazma qurğularının alınması məqsədilə tender elan edib. Trend in verdiyi məlumata görə, tender üç lot üzrə elan ediləcək - PDS, üç kürəli qazma dolotaları (MDB ölkələri istisna olmaqla) və MDK, qazma, ağırlaşdırılmış qazma və işçi borular, buxar, kopressor və sement aqreqatları.

Tenderdə iştirak etmək istəyənlər 12 yanvar 2007-ci ildən gec olmayaraq ərizə və lazımı sənədləri təqdim etməlidirlər. Tender təklifləri 23 yanvar 2007-ci il tarixinə qədər qəbul ediləcək.

ARDNŞ şirkətlərin tenderin predmetinə uyğunluğu prosedurunu və peşəkarlıq göstəricilərinin qiymətləndirilməsini aparmaq niyyətindədir. Bu göstəricilərə daxildir: yük göndərənin peşəkarlığı, maliyyə imkanları, etibarlıq, səlahiyyət, təcrübə və texniki imkanlar.

Tender təkliflərinin açılması 24 yanvar 2007-ci ildə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti