...

Gələn il Azərbaycan Dəmir Yolu neftin və neft məhsullarının tədarükü həcminin artacağını gözləyir

Energetika Materials 1 Dekabr 2006 19:28 (UTC +04:00)

Bu ilin sonuna kimi Azərbaycan dövlət dəmir yolu daha 1 milyon ton neft və neft məhsullarını daşımaq niyyətindədir. Trend -in məlumatına görə, bu haqda nəqliyyat nazirinin birinci müavini Musa Pənahov bildirib.

2007-ci ildə neft və neft məhsullarını daşınmasının həcminə dair proqnoza müvafiq olaraq artım ehtimal olunur. Orta aylıq göstəricinin 1-1,2 milyon olması gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2006-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın nəqliyyat sektoru vasitəsilə 117,5 milyon ton həcmində müxtəlif yüklər daşınıb ki, bu keçən ilin yanvar-oktyabr aylarındakından 13,1% çoxdur. Daşınan yüklərin ümumi həcmindən 57,8%-i özəl sektorun payına düşür. On ay ərzində malların ümumi həcmindən 50,9%-i avtomobil nəqliyyatı ilə, 17,9%-i boru kəməri ilə (o cümlədən 4,1%-i Bakı-Tiflis-ceyhanla), 21,2%-i dəmir yolu ilə və 10%-i dəniz nəqliyyatı ilə daşınıb. Dəmir yolu ilə 25 milyon ton müxtəlif yüklər daşınıb ki, bu da 2005-ci ilin yanvar-oktyabr aylarındakından 17,2% çoxdur.

Xəbər lenti

Xəbər lenti