...

Gürcüstanın energetika naziri Rusiya KİV-lərinin qazla bağlı fikirlərini dezinformasiya adlandırıb

Energetika Materials 19 Dekabr 2006 16:56 (UTC +04:00)

Gürcüstanın energetika naziri Nikoloz Qilauri Bakıda təbii qazla bağlı Gürcüstan-Azərbaycan danışıqlarının pozulmsı barədə Rusiya KİV-lərinin fikirlərini dezinformasiya adlandırıb. Bu barədə Trend in müxbiri xəbər verir.

Gürcü nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdə olan N.Qilauri Ankarada jurnalistlərlə söhbətində bu informasiyanı qəti şəkildə təkzib edib. O bildirib: "Bu Rusiya KİV-ləri vasitəsilə yayılmış dezinformasiyadır və Gürcüstan mətbuatı bu yalanlara uymasa, yaxşı olar".

Nazirin sözlərinə görə, Gürcüstana təbii qaz verilməsi ilə bağlı artıq gündəlik qrafik barədə Azərbaycan tərəfi ilə danışıqlar gedir.

Çərşənbə axşamı bir sıra Rusiya KİV-lərinin məlumatına əsasən isə, Bakıda keçirilən son danışıqlar nəticəsiz qalıb.

Öz tərəfindən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev də jurnalistlərə bildirib ki, danışıqlar davam edir və tərəflər Gürcüstanın Türkiyə payından almaq istədiyi qazın ödənilmə mexanizmini dəqiqləşdirirlər.

Xəbər lenti

Xəbər lenti