...

BP Azerbaijan və BMK maddi-texniki təminatın maliyyələşməsi barədə ikinci layihənin başlanmasına dair saziş imzalayıb

Energetika Materials 20 Dekabr 2006 18:05 (UTC +04:00)

BP Azerbaijan və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) 16,2 mln. dollar məbləğində maddi-texniki təminatın (SFF-2) maliyyələşməsi barədə ikinci layihənin başlanmasına dair saziş imzalayıb. Bu barədə Trend ə bu gün BP Azerbaijanın meneceri Maykl Hoffman xəbər verib.

Layihə çərçivəsində maddi-texniki bazalarının yaxşılaşması üçün BP layihələrinin subpodratçısı olan Azərbaycan şirkətlərinin kreditləşməsi nəzərdə tutulur.

"Layihə Azərbaycanın neft-qaz sektorunda mal və xidmətlər tədarük edən yerli müəssisələrin inkişafını dəstəkləməyi nəzərdə tutur. BP ölkədəki layihələr üzrə öz partnyorlarının adından layihələrdə iştirak edir" - M.Hoffman söyləyib.

BP partnyorlarının və BMK-nın adından layihəyə 5,2 mln dollar qoyacaq, qalan məbləği BMK tərəfindən vəsaitlərin bölüşdürülməsi üçün seçilən Azərbaycanın Maliyyə təşkilatları qoyacaq.

BP, BMK və Azərbaycan mikromaliyyələşmə bankı artıq SFF-1-in 316 min dollar məbləğində reallaşmasına başlayıb. Birinci mərhələnin çərçivəsində BP üçün avtomatika və nəzarət kompleksinə vəsait qoyan AzMETCO şirkətinə kredit təqdim olunub.

Bütünlükdə SFF layihəsi BP-nin 2010--cu ilə yerli şirkətlərdə investisiyalarda ümumi məxaricin 2 dəfə böyüdülməsi və 500 mln-a çatdırılması tapşırığı ilə müvafiq olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti