...

"Odessa-Brodı" -nın birbaşa doldurulması üçün Xəzər neftinin zəruri həcmi iki ildən sonra məlum olacaq

Energetika Materials 27 Dekabr 2006 20:47 (UTC +04:00)

"Odessa-Brodı" neft kəmərinin birbaşa istiqamətdə doldurulması üçün zəruri olan Azərbaycan və Qazaxıstandan neftin zəruri həcmi faktiki olaraq iki ildən sonra məlum olacaq, bu vaxta qədər isə bu neft kəməri revers istiqamətdə istifadə olunacaq.

Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə "Ukrtransnafta" ASC-nin idarə sədri İqor Kiryuşin mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, "Ukrtransnafta" ASC, "Transneft" Rusiya şirkəti və TNK -BP dekabrın 26-da 2010-cu ilədək Mozır-Brodı-MHT istiqamətində "Odessa-Brodı" neft kəməri ilə 9 mln. tondan az olmayaraq neft nəql olunması barədə əlavə saziş imzalayıblar.

Bununla belə, İ. Kiryuşin əlavə edib ki, "Ukrtransnafta" "Odessa-Brodı" neft kəmərinin birbaşa istiqamətdə istifadə olunması məsələsini qaldırmır. 3 ay sonra isə "Ukrtransnafta" ASC "Odessa-Brodı" neft kəmərinin birbaşa istiqamətdə istifadə olunması üçün konsorsiumun yaradılması konsepsiyasını təqdim edir.

Ukraynanın neft nəqliyyatı sistemi "Naftoqaz Ukrainı"ASC "Ukrtransnafta" şirkətləri istismar olunur və özündə 4569 km ümumi uzunluqda 18 neft kəmərini, 51 neft nəqliyyat stansiyasını, 1010 min kub metr ümumi tutumlu 11 ehtiyat parkını birləşdirir.

Xəbər lenti

Xəbər lenti