...

Naxçıvan MR-də elektrik enerjisinə tələbat qış aylarında 278 meqavatdan 250 meqavata enib

Energetika Materials 12 Yanvar 2007 13:44 (UTC +04:00)

Naxçıvanda elektrik enerjisinə tələbatda azalma müşahidə edilir. Trend in Naxçıvan Bürosu xəbər verir ki, qış aylarında enerjiyə tələbat 278 meqavatdan 250 meqavata enib.

Tələbatda enmələr bütövlükdə İİR-dən Naxçıvana təbii qazın nəqlinin bərpasından sonra müşahidə edilib. Hazırda Muxtar Respublikada 20 minə yaxın mənzilə mavi yanacaq verilir və qazlaşdırılan mənzillərin sayının artması nəticə etibarilə qış aylarında enerjiyə tələbatın daha da azalmasına səbəb olacacağı gözlənilir.

Məlumat üçün deyək ki, ötən il Naxçıvan MR-in Elektrik şəbəkəsinə 1 mlrd 171 mln 541 min kilovatt-saat elektrik enerjisi ötürülüb. Bu müddət ərzində iştifadəçilərə itki nəzərə alınmaqla dəyəri 21 mln 55 min manat təşkil edən 1mlrd 3 mln 818 min kilovat-saat elektrik enerjisi verilib.

Xəbər lenti

Xəbər lenti