Naxçıvan MR-in qazlaşdırılmasının ikinci mərhələsi davam edir. Trend in Naxçıvan Bürosu xəbər verir ki, qeyd olunan mərhələnin başa çatması ilə 53 mindən artıq mənzil qazlaşdırılmış olacaq.
Regiona təbii qaz nəqlinin bərpasından sonra Naxçıvan MR-in qazlaşdırılması istiqamətində başa çatan ilk birinci və davam edən ikinci mərhələnin nəticəsi olaraq hazırda bölgədə 20 minə yaxın mənzilə mavi yanacaq verilir.
Qeyd edək ki, ilk mərhələdə Naxçıvan şəhəri və rayon mərkəzlərindəki çoxmərtəbəli binalar qazlaşdırılıb. Hazırda davam edən ikinci mərhələnin tamamlanması ilə əvvəllər qaz xətti mövcud olan bütün yaşayış mənzilləri mavi yanacaqla təmin edilmiş olacaq. Sonuncu mərhələdə isə, ümumiyyətlə, qaz xətti çəkilməmiş kəndlərin qazlaşdırılılması nəzərdə tutulur.