Mart ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) qaz hasilatının artırılması üzrə öz proqramının I mərhələsini realizə etmək fikrindədir, bu, sutkalıq hasilatın 2,5 mln. kub metrə çatmasına gətirib çıxaracaq. Trend xəbər verir ki, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
O qeyd edib: "Mart ayında biz öz qazımızın hasilatını 2,5 mln. kub metrə qədər artırmaq niyyətindəyik. Hazırda yeni boru kəmərlərinin tikintisi başa çatmaq üzrədir". O qeyd edib ki, bu, birinci mərhələdir.
ARDNŞ prezidenti bildirib: "Öz qazımızın artırılması enerji istehsalında mazutun istifadəsini mümkün qədər azaltmağa imkan verəcək".
Hazırda Rusiyadan qaz idxalı dayandırılması səbəbindən ARDNŞ-ın hasil etdiyi bütün neft həcmi mazut alınması məqsədilə NEZ-lərə göndərilir, belə ki, bu mazut elektrik stansiyalarında yanacaq kimi istifadə edilir.