...

Nazir: Azərbaycan Orta Asiya qazının Avropaya nəqli üçün Rusiya və İranla əməkdaşlıq etməyə hazırdır

Energetika Materials 2 Aprel 2007 14:15 (UTC +04:00)
Nazir: Azərbaycan Orta Asiya qazının Avropaya nəqli üçün Rusiya və İranla əməkdaşlıq etməyə hazırdır

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Bu gün Azərbaycanın Sənaye və Energetika Nazirliyində Xəzər dənizi-Qara dəniz-Avropa Birliyi enerji dəhlizinin yaradılması məsələsi üzrə Avropa Birliyi-Azərbaycan-Gürcüstan-Qazaxıstan çoxtərəfli iclası keçirilib. Bu barədə bazar ertəsi nazirlikdən məlumat verilib.

Görüşdə Avropa Birliyi (AB) nümayəndəsinin qeyd etdiyinə görə, AB Transxəzər qaz kəmərinin tikintsinə siyasi və maliyyə yardımı göstərə bilər. AB həmçinin onun sponsorlarından biri kimi çıxış etməyə hazırdır.

Sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, Azərbaycan öz ərazisindən qazın nəql edilməsi məsələsi ilə bağlı yalnız Qazaxıstanla deyil, həmçinin Türkmənistan və Rusiya ilə də əməkdaşlıq etməyə hazırdır.

Görüşdə Azərbaycan və Gürcüstan arasında elektrik və qaz şəbəkələrinin yenidən qurulması, Azərbaycanda iki yeraltı qaz anbarının yenidən qurulması və yeni nasos stansiyalarının tikintisi, Türkmsənistan qazının Qazaxıstana nəqli, onun emalı və mayeləşdirilmiş qazın Avropa bazarlarına çıxışının müəyyən edilməsi, Transxəzər qaz kəmərinin tikintisinin həyata keçirilməsi imkanları, Qazaxıstanın qaz ehtiyatları məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Gürcüstanın energetika naziri Nika Qilauri, Qazaxıstanın energetika nazirliyinin qaz departamentinin rəhbəri Anarbəy Tulanbəyov və AB nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti