...

Azərbaycan Dövlət Neft Şirkəti 2007-ci ilin yanvar-martında neft məhsullarının ixracını elan edib

Energetika Materials 3 Aprel 2007 14:28 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbayxan Dövlət Neft Şirkətinin (ADNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi 2007-ci ilin birinci kvartalında Azərbaycanın neft emalı zavodalarından 488 min 247 ton neft məhsulu ixrac edib.

Fevralda isə 152 min 836 min ton, martda 195 min ton neft məhusulu ixrac olunub. Bu barədə ADNŞ-dən məlumat verilib.

2007-ci ilin martında ümumi ixrac həcminin böyük hissəsi dizel yanacağının payına düşüb - 119,986 min ton. Martda həmçinin 26 min 776 ton avtomobil benzini, 42 min 539 ton aviasiya kerosiini, 1,385 min ton sürtkü yağları və 4,212 min ton bitum ixrac olunub. Martda ən bahalı neft məhsulu avtobenzin olub - 1 tonu 613,40 dollar (fevralda 535,8 dollar). Aviasiya kerosinin qiyməti martda 591,24 dollar, (fevralda 567,56 dollar), dizel yanacağı 545 dollar (fevralda 514,38 dollar), mazut 274,45 dollar (fevralda 252,91 dollar) təşkil edib. 2006-cı ildə neft məhsullarının ixrac həcmi 2 mln. 925,7 min ton təşkil edib.

Azərbaycan Dövlət Neft Şirkətinin neft məhsullarının ixrac cədvəli:

Neft məhsulu Mart-2007min ton Yanvar-mart-2007min ton
Dizel yanacağı 119,986 341,285
Mazut 0
Avtomobil benzini 26,776 42,459
Aviasiya kerosini 42,539 94,178
Nafta
Sürtkü yağları 1,385 3,113
Bitum 4,212 7,212
Xəbər lenti

Xəbər lenti