...

Nazir: "Azərbaycanda BP-nin ətraf mühitə vurduğu ziyan 2 mln. manatadək qiymətləndirilir"

Energetika Materials 27 Aprel 2007 15:32 (UTC +04:00)
Nazir: "Azərbaycanda BP-nin ətraf mühitə vurduğu ziyan 2 mln. manatadək qiymətləndirilir"

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli və xarici neft şirkətlərinə bir sıra iddiaları var. Bu barədə cümə günü Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

Onun sözlərinə görə, BP ilə danışıqlar aparılır, belə ki, şirkət sovet dövrunun kiçik qəzalarla bağlı sərt normativləri ilə razı deyil.

"Danışıqlar normaların qəbulunu müəyyənləşdirmək məqsədilə Nazirlər Kabineti vasitəsilə aparılır. Normalar yüngülləşdirilə bilər" - deyə nazir bildirib.

Nazirlik platformada bəzi təmizləmə qurğularının bəzən işlək vəziyyətdə olmaması və bunun da nəticəsində dənizə çirkab suların axıdılmsı ilə bağlı narazılığını bildirib.

"BP-nin Azərbaycanda bütün fəaliyyəti dövründə ətraf mühitə vurduğu ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı işlər aparılır. İlkin qiymətləndirmələrə görə, ziyan 2 mln. manatadək təşkil edir" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti