...

Transanadolu boru kəməri layihəsi "Kaşaqan" yatağından olan neftə hesablanıb

Energetika Materials 17 May 2007 19:04 (UTC +04:00)
Transanadolu boru kəməri layihəsi "Kaşaqan" yatağından olan neftə hesablanıb

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/ Tikintisi bu yaxınlarda başlamış yeni Samsun-Ceyhan boru kəməri Transanadolu boru kəməri layihəsi (TAPCO) adını alıb. Bu barədə naməlum qalmaq arzusunda olan "KazMunayQaz" milli neft-qaz şirkətinin nümayəndəsi bildirib. Layihənin reallaşdırılmasında iki şirkət - Türkiyənin "Calik Enerji" və İtaliyanın "Eni" şirkəti iştirak edir.

"Bu olduqca riskli layihədir, belə ki, neftin çatdırılması üzrə imzalanmış zəmanət olmadan başlayıb. Lakin məlumdur ki, layihə "Kaşaqan" yatağından gələcək resurslara görə hesablanaraq yaradılır. Həmin yataqda bildiyiniz kimi, 2011-ci ilə qədər sənaye hasilatının növbəti möhləti gözlənilir. Layihə təşkilatçıları bu boru kəmərinin tikintisinə başlayaraq cəsarətli xarakter göstərib", deyə anonimlik şərti ilə mənbə məlumat verib.

Milli şirkət nümayəndəsinin məlumatına əsasən, Transanadolu neft kəmərinin uzunluğu 555 km təşkil edəcək. Boru kəməri yalnız bir ölkə - Türkiyənin ərazisindən keçəcək və iki dəniz limanı - Qara dənizdə Samsun və Aralıq dənizində Ceyhan limanını birləşdirəcək. Layihənin dəyəri təqribən 1,5-2 milyard dollar məbləğində qiymətləndirilir. Layihə gücü ildə 50 milyon ton neft təşkil edir.

"Yeni boru kəmərini 2010-cu ildə istismara vermək planlaşdırılır. Tikinti iki-üç il davam edə bilər, belə ki, borunu dağlıq ərazidə çəkmək lazım olacaq, bu da işi çətinləşdirir və müddəti artırır", deyə mənbə dəqiqləşdirib.

Samsun-Ceyhan neft kəmərinin tikintisi üzrə dəqiq planlar haqqında xəbər ilk dəfə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan tərəfindən keçən ilin iyulunda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin açılış mərasimində səsləndirilib. Həmin vaxt o bəyan edib ki, yeni boru Rusiya və Qazaxıstan neftini qəbul etməyə hazırdır.

Türkiyə XİN nümayəndəsi, Rusiya, Zaqafqaziya və Orta Asiya üzrə departamentin direktoru Rəşid Uman keçən ilki müsahibəsində məlumat verib: "Türkiyə bu boru kəmərinə neft çatdıra biləcək bütün ölkələri dəvət edir və onlar arasında birinci yerdə Rusiya və Qazaxıstandır. Biz bu iki ölkənin neftinin Samsun-Ceyhan boru kəmərinə verəcəyini gözləyirik. Boru kəmərinin əsas məqsədi Bosfor boğazının yükünü əhəmiyyətli dərəcədə boşaltmaqdan ibarətdir", deyə Uman bildirib.

Rusiyanın Bosfordan yan keçməklə Burqas-Aleksandrupolis boru kəmərini bir ildən az bir dövrdə tikmək niyyətində olduğunu nəzərə alaraq Transanadolu boru kəməri çətin ki, Rusiya neftinə güvənsin. Qazaxıstana gəldikdə, onun resurslarına Burqas-Aleksandrupolis və Bakı-Tbilisi-Ceyhan ümidlidir.

Qazaxıstanın BTC-yə qoşulması haqqında müqaviləyə əsasən, Qazaxıstan nefti birinci mərhələdə 2009-2010-cu illərə qədər "Kaşaqan"dan böyük neftin daxil olduğu zaman 20 milyon tona çatana qədər 7-8 milyon ton daxil olmalıdır.

Lakin məlum olduğu kimi, böyük həcmlər 20 milyon tona çatan kimi Aktau-Bakı neft kəmərinin tikilməsini tələb edəcək. Onun tikintisi Xəzər dənizinin statusunun müəyyən edilməməsinə qədər mümkün deyil.

"KazMunayQaz"ın anonim mənbəsi məlumat verib ki, yeni Transanadolu boru kəmərinin doldurulma perspektivləri var.

"Türkiyə tərəfinin hesablamaların görə, Qara dəniz rayonunda 240 mln. ton neft balansı var, lakin bizim şirkətin hesablamalarına görə 180 mln. tondur. Lakin istənilən halda bu həcm 35 mln. ton layihə gücü artırılmaqla 50 mln. ton təşkil edəcək Burqas-Aleksandrupolis boru kəmərini və 50 mln. ton gücü olan Transanadolu boru kəmərini işə salmaq üçün kifayət edəcək. Yerdə qalan 80 mln. ton Bosfor boğazından keçəcək - bu boğazın ötürücülük qabiliyyətidir. Beləliklə, istənilən siyasi bölgüdə neft kifayət edəcək. Hətta kobud hesablamada bu həcmlər yeni layihənin məqsədyönlü olduğunu təsdiq edir", deyə Qazaxıstan milli şirkətinin anonim mənbəsi bildirib.

O dəqiqləşdirib ki, Transanadolu neft kəmərilə Rusiya, Azərbaycan və Qazaxıstan nefti ötürülə bilər.

Xəbər lenti

Xəbər lenti