...

Ekspert: Azərbaycan neftinin Odessa-Brodı boru kəməri vasitəsilə ötürülməsi optimal tranzit şərtləri ilə mümkündür

Energetika Materials 18 May 2007 16:51 (UTC +04:00)
Ekspert: Azərbaycan neftinin Odessa-Brodı boru kəməri vasitəsilə ötürülməsi optimal tranzit şərtləri ilə mümkündür

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/ Azərbaycan siyasi dividendlərin olduğu halda Odessa-Brodı boru kəməri vasitəsilə öz neftini qismən ötürə bilər. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) eks-prezidenti, hazırda Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib.

Ötən həftə Azərbaycan, Gürcüstan, Ukrayna, Litva, Polşa və Qazaxıstan nümayəndəsinin Krakovdakı enerji sammitində hökumətlərarası sazişin üzərində işə başlamaq yolu ilə əməkdaşlığı fəallaşdırmaq barədə qərar qəbul olunub. Saziş Xəzər dənizi neftinin Odessa-Brodı boru kəməri vasitəsilə Avropa və dünya bazarlarına nəql olunması layihəsində dövlət və şirkətlərin iştirakını tənzimləyəcək.

Sammitdə tərəflər 667 km uzunluqda olan "Odessa-Brodı" neft kəmərinin idarə olunması üçün birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Odessa-Brodı neft kəmərinin açılışı 2001-ci ilin avqustunda baş tutub.

Bağırovun sözlərinə görə, Azərbaycanda hazırki layihələr üzrə hasil olunan və 10-15 il ərzində istehsal olunacaq əhəmiyyətli neft hissəsi Bakı-Tbilisi-Ceyhan boru (BTC) kəmərini dolduracaq.

"Lakin çox ağır olmayan tarnzit şərtləri ilə Azərbaycan neftinin kiçik həcmlərlə Odessa-Brodı boru kəmərinə ötürülməsi mümkündür", deyə o bildirib.

Onun sözlərinə görə, regiondakı bütün yeni boru kəmərləri - Burqas-Aleksandrupolis, Odessa-Brodı və Samsun-Ceyhan BTC-nin rentabelliyinə təsir edəcək.

Ekspertin fikrinə görə, bu boru kəmərlərinin gücünü nəzərə alaraq rəqabət üçün şərtlər yaranır.

"Təbii ki, onlar yalnız Azərbaycan neftini deyil, həm Qazaxıstan, həm Rusiya neftini cəlb edəcək. Və nə vaxtsa Türkmənistan qazını da cəlb edəcəyi istisna edilmir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti