Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstan baş naziri Zurab Noqaidelinin qərarı ilə Gürcüstanın Neft və Qaz Korporasiyasının müşahidə şurasının sədri vəzifəsinə İsaaq Novruzov təyin edilib. Gürcüstan baş nazirinin aparatından verilən xəbərə görə, hökumət başçısı müvafiq sərəncamı iyunun 4-də imzalayıb.
Baş nazir digər sərəncamı ilə Novruzovu Gürcüstan energetika nazirinin müavini vəzifəsindən azad edib.
1995-1999-ci illərdə Novruzov Gürcüstan parlamentinin deputatı olub.
2000-2002-ci illərdə yanacaq və energetika nazirinin müavini, 2003-cü ildən isə energetika nazirinin müavini vəzifəsində çalışıb.