...

"Azərenerji" SC Şimal elektrik stansiyasında ikinci BQQ-nin tikilməsi üçün təkrar tender elan olunmasının vaxtını müəyyənləşdirib

Energetika Materials 13 İyun 2007 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" SC iyunun sonunda "Şimal" elektrik stansiyasında ikinci buxar qaz qurğusunun tikintisi ilə bağlı təkrar tender elan etmək niyyətindədir. Bu barədə çərşənbə günü SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Hazırda "Azərenerji" SC TEPSCO (Yaponiya) - Enprima (Finlandiya) konsaltinq şirkətləri alyansı ilə danışıqlar aparıb. Məsləhətçi şirkətlərə Azərbaycanın "Qlobus" şirkəti yardım edir.

Əvvəlki tender təkliflərin uyğun gəlməməsi səbəbindən ləğv olunub.

Tenderdə iki şirkət - Yaponiyanın Mitsui (birinci buxar qaz qurğusunu tikib) və Çinin CNEEC şirkətləri iştirak edib. Üçüncü - Koreyanın "Bumjin Korporasiyası" şirkəti müvafiq sənədləri zamanında təqdim etməyib.

Tikinti işləri bu ilin üçüncü rübündə başlamalı idi. "Azərenerji" layihələndirmə, tikinti, montaj, sınaq, buraxılış və "Şimal" elektrik stansiyasında nominal gücü 400 MNVt olan buxar qaz qurğusunun istismara verilməsi, 220 kv gücündə 4 EÖX-nin və 220/110 kv gücündə yarımstansiyanın tikilməsi ilə bağlı tender elan etmişdi. Layihənin icra müddəti 27 aydır.

Yaponiyanın JBIC bankı ikinci buxar qaz qurğusunun tikintisinə 29,27 mlrd. ien dəyərində güzəştli kredit ayırır. Bu kredit 10 il güzəşt dövrü olmaqla 40 il müddətinə illik 0,75 faizlə verilir. Stansiyada 400 MVt gücündə olan bir buxar qaz qurğusu artıq mövcuddur. Bunu Yaponiyanın Mitsui/Mitsubishi şirkəti trikib.

Xəbər lenti

Xəbər lenti