...

Nazir: "Azərbaycan İtaliya ilə qaz sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması ilə bağlı danışıqlara başlayıb"

Energetika Materials 2 Avqust 2007 13:15 (UTC +04:00)
Nazir: "Azərbaycan İtaliya ilə qaz sahəsində əməkdaşlığa dair Memorandumun imzalanması ilə bağlı danışıqlara başlayıb"

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ İlin sonuna kimi Azərbaycan neft-qaz əməkdaşlığına dair dördtərəfli Memorandum imzalamağı planlaşdırır. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin cümə axşamı bildirdiyinə görə, buraya Azərbaycan, Yunanıstan, Türkiyə və İtaliya daxildir.

Babayevin sözlərinə görə, ilk anlaşma bu gün Yunanıstanla əldə olunub.

"Azərbaycan analoji sənədin imzalanması ilə bağlı artıq İtaliya ilə danışıqlara başlayıb" - deyə nazir qeyd edib.

O bildirib ki, Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan qazının Avropaya nəqli 2007-ci ildə başlayacaq və bu gün Yunanıstanla imzalanan Memorandum bunun bariz nümunəsidir.

Babayev onu da qeyd edib ki, qaz nəqli ilə bağlı Türkiyə qarşısında götürülən öhdəliklərə görə Azərbaycan qazının Avropaya birbaşa ötürülməsi 2012-2013-cü illərdə mümkün olacaq. "Bəlkə də tez" - deyə o əlavə edib.

İstisna deyil ki, 2010-cu ildən Azərbaycan birbaşa qaz nəqli ilə bağlı Yunanıstan və digər ölkələrlə müqavilələr imzalasın.

"Türkiyə-Yunanıstan boru kəməri vasitəsilə enerji resurslarını AB ölkələrinə nəql edəcəyik" - deyə Babayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti