...

"Azərenerji" SC məişət abunəçiləri üzrə 100%-lik elektrik enerjisi yığımına nail olub

Energetika Materials 14 Avqust 2007 19:15 (UTC +04:00)

Bakı, Azərbaycan / Trend , müx. A. Bədəlova/ "Azərenerji" SC-nin mətbuat xidmətindən verilən məlumata görə, "Azərenerji" səhmdar cəmiyyətinin regional elektrik şəbəkələri üzrə gördüyü tədbirlərin yekunu olaraq ödənişlərin ümumi yığımı 100% təşkil edib. Bir sıra paylaşdırıcı elektrik şəbəkələrində məişət abunəçiləri üzrə ödənişlər 100% yerinə yetirilib, digər şəbəkələrdə isə bu istiqamətdə iş aparılır. Bu barədə "Azərenerji" SC-in mətbuat xidməti məlumat verib.

İyul ayında regional elektrik təchizat şəbəkələri üzrə elektrik şəbəkələrində təmir işləri nəticəsində elektrik enerjisinin ümumi istehlakı 405 mln. KVt/saat təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 203 mln. KVt/saat azdır. Ötən ay Tovuz, Ucar, Tərtər, Samux, Ağstafa, Salyan, Kürdəmir, Hacıqabul və Füzuli bölgələrinin əhalisi arasında ümumi ödəniş 100%, Goranboy və Yevlax rayonlarında 99,9%, Daşkəsən, İmişli, Ağcabədi və Oğuz rayonlarında 95% təşkil edib.

Xəbər lenti

Xəbər lenti