...

BTC kəməri istifadəyə verildikdən sonra Gürcüstan ərazisi ilə neft nəqli iki dəfə artıb

Energetika Materials 27 Avqust 2007 14:25 (UTC +04:00)

Gürücstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia/Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi ilə Gürcüstan ərazisi ilə neft nəqli 2006-cı ildə iki dəfə artıb.

Bazar ertəsi Gürcüstanın neft və qaz korporasiyasından verilən məlumata görə, 2006-cı ildə Gürcüstan ərazisi ilə 14 mln. ton neft daşınıb. Bu həcmin 5,6 mln. tonu Bakı-Supsa, digər hissəsi isə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb.

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqli 2005-ci ilin mayında, Bakı-Supsa xətti ilə isə 1999-cu ilin yanvarında başlayıb.

Xəbər lenti

Xəbər lenti