...

Bakıda yeni beynəlxalq ticarət limanın tikintisi layihəsinin təqdimat mərasimini keçirəcək

Energetika Materials 30 Avqust 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir İ.Xəlilova/ Cənubi Koreyanın "GS Engineering & Construction" şirkəti sentyabrın birinci dekadasında Bakıda Ələt qəsəbəsində yeni beynəlxalq ticarət limanın tikintisi layihəsinin təqdimat mərasimini keçirəcək. Bu haqda məlumatı cümə axşamı Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin direktoru Sədrəddin Məmmədovun verib.

Hazırda ticarət limanı Bakı bulvarının yaxınlığında yerləşir.

İlkin qiymətləndirmələrə görə, layihənin dəyəri 400 mln. dollar təşkil edir. Bununla yanaşı, Məmmədov istisna etmir ki, seçilən variantdan, yük boşaldıb yükləmənin gücündən və maliyyə mənbələrindən asılı olaraq layihə üçün nəzərdə tutulan investisiyaların həcmi dəyişə bilər.

"Şimal-Cənub" dəhlizi Ələtdən keçdiyindən limanın ərazisində loqistik terminalların tikintisi qaçılmazdır" - deyə nazirliyin nümayəndəsi bildirib.

Koreya şirkətləri ilə yanaşı yeni ticarət limanının tikintisi layihəsininnin maliyyələşdirilməsinə marağı həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı da göstərir.

Məmmədovun sözlərinə görə, layihənin hazırlanmasından sonra hökumət vəsaitlərin cəlb edilməsi məqsədilə danışıqlara başlayacaq.

Hökümətdə limanın tikintisinin bin neçə variantı nəzərdən keçirilir. Qaradağ rayonunda yeni beynəlxalq ticarət limanının (Ələt), Zığda isə kiçik quru yüklər limanın tikintisi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti