...

Ekspert: Mülkiyyət sığortası vətəndaşın həmin mülkiyyətə rəsmiləşdirilmiş hüququ olmadığı təqdirdə mümkün deyil

Maliyyə Materials 27 Dekabr 2019 12:31 (UTC +04:00)
Mülkiyyət sığortası vətəndaşın həmin mülkiyyətə rəsmiləşdirilmiş hüququ olmadığı təqdirdə mümkün deyil
Ekspert: Mülkiyyət sığortası vətəndaşın həmin mülkiyyətə rəsmiləşdirilmiş hüququ olmadığı təqdirdə mümkün deyil

Bakı. Nərgiz İsmayılova - Trend:

Mülkiyyət sığortası vətəndaşın həmin mülkiyyətə rəsmiləşdirilmiş hüququ olmadığı təqdirdə mümkün deyil.

Trend-in məlumatına görə, bunu sığorta sahəsində ekspert Xəyalə Məmmədxanlı deyib.

O bildirib ki, qanuna əsasən, vətəndaş əmlakı sığortalamaq istəyirsə, o, bu əmlak üzərində mülkiyyət hüququna malik olmalı və ya bu əmlakın faktiki sahibi olmalıdır. Əgər bu yoxdursa, bu əmlakın sığortası heç bir halda mümkün deyil:

“Bu halda əmlakın alqı-satqısı müqaviləsi imzalamaq, order və ya orderdən çıxarış kifayətdir. Ona görə də vətəndaşlar bilməlidir ki, mülkiyyət sənədləri olmadan vətəndaşı nə sığortalamaq, nə cərimələmək olmaz”.

Ekspert qeyd edib ki, “İpoteka haqqında” qanuna əsasən girov qoyulan əmlak da icbari sığorta olunmalıdır. Bu halda banklar mütləq qaydada bu cür əmlakın sığortasını tələb edir:

“Bu halda banklar vətəndaşa verilən ipotekanın məbləğində sığorta tələb edir. Əgər bu məbləğ 25 min manatdan aşağıdırsa, icbari sığorta məbləği tamamilə əhatə edir”.

Onun sözlərinə görə, daşınmaz əmlak sığortasında illik 20 faiz və ya təxminən 5 milyon manat artım qeydə alınıb. Bu onu göstərir ki, hazırda yığılan vəsaitlər 30 milyon manatı keçir:

“Görünür ki, biz ən azından insanlarda sığorta mədəniyyətini formalaşdıra bilmişik. Sadəcə qanun sistemli formada icra olunmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti