...

"Visa" Azərbaycanda yeni layihələr barədə

Maliyyə Materials 7 Oktyabr 2020 14:11 (UTC +04:00)
"Visa" Azərbaycanda yeni layihələr barədə

Bakı. Zeyni Cəfərov - Trend:

“Visa” şirkəti üçün ən vacib layihələr təmassız ödənişlərin inkişafına yönəlmiş layihələrdir.

Bunu Trend-ə “Visa”nın Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroş deyib.

Onun sözlərinə görə, buna ilk növbədə nəqliyyat və tokenləşmə, eləcə də mobil ödəmələr üzrə layihələrin inkişafı aiddir.

K.Doroş bildirib ki, perspektiv istiqamətlərdən biri QR ödəmələrdir. QR kodları mal və xidmətlərin ödənişi üçün istifadə olunan istənilən ödəmə alətinə tətbiq etmək mümkündür. Daha əvvəl “Visa” Azərbaycanda “Lukoyl” yanacaqdoldurma məntəqələrində E-PUL və SOCAR-la birgə QR ödəmələri əsasında ilk layihə işə salmışdı.

Regional menecer onu da qeyd edib ki, təmassız ödənişlərin qəbulu üzrə infrastrukturu inkişafı baxımından “Visa Tap to Phone” texnologiyası da perspektivli sahədir. Bu, “Android” əməliyyat sistemi ilə işləyən və NFC modulu olan smartfonu əlavə avadanlıq olmadan POS terminala çevirməyə imkan verir. “Visa Tap to Phone” texnologiyası müəssisələrin əməliyyat fəaliyyətini sadələşdirir və sürətləndirir, təmassız ödənişlərin qəbulu şəbəkəsini genişləndirir və ekvayrinq xidmətinə qoşulmanın dəyərini azaldır. “Visa Tap to Phone” texnilogiyasının sınaqları və ilk proqramları postsovet məkanının dörd ölkəsində - Ukrayna, Belarus, Qazaxıstan və Gürcüstanda işə salınıb. Azərbaycanda da bu texnologiyaya maraq böyükdür və bu istiqamətdə tərəfdaşlarıla fəal iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti