...

“Visa” və “Azericard” Azərbaycanda rəqəmsal emissiyanın inkişafına kömək edəcək

Maliyyə Materials 18 Noyabr 2020 20:02 (UTC +04:00)
“Visa” və “Azericard” Azərbaycanda rəqəmsal emissiyanın inkişafına kömək edəcək

Bakı. Zeyni Cəfərov - Trend:

“Visa” şirkəti ilə “Azericard” prosessinq mərkəzi Azərbaycanda innovativ rəqəmsal ödəmə həllərinin hazırlanması üçün strateji tərəfdaşlıq üzrə saziş imzalayıb.

“Visa”dan Trend-ə bildiriblər ki, bu tərəfdaşlıq ölkədə mövcud rəqəmsal xidmətlərin spektrini genişləndirməyə və iqtisadiyyatın rəqəmsallaşdırılmasını stimullaşdırmağa imkan yaradacaq.

“Visa”nın Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroşun sözlərinə görə, yeni nəsil rəqəmsal ödənişlərin təşviqində “fintech” cəmiyyətinin və tərəfdaşların dəstəklənməsi “Visa” üçün strateji prioritetdir.

“Azericard”la tərəfdaşlıq Azərbaycanda ödəniş ekosisteminin inkişafı üçün geniş perspektivlər açır və istehlakçılar üçün ən rahat, yeni rəqəmsal xidmətlər yaratmağa imkan verir.

Qeyd olunub ki, tərəfdaşlıq çərçivəsində “Visa” və “Azericard” rəqəmsal emissiyanın inkişafı və istehlakçılar üçün innovativ rəqəmsal ödəmə həllərinin yaradılması üzərində işləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti