...

Azərbaycanda ərzaq ucuzlaşa bilər - Asiya İnkişaf Bankı

Maliyyə Materials 28 Aprel 2021 11:10 (UTC +04:00)
Azərbaycanda ərzaq ucuzlaşa bilər - Asiya İnkişaf Bankı

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ildə Azərbaycanda inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə Asiya İnkişaf Bankının (AİB) "Asian Development Outlook-2021" hesabatına istinadən məlumat verir.

Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanda inflyasiya 3 faizədək azalacaq.

Qeyd olunur ki, buna daxili ərzaq qiymətlərinin proqnozlaşdırılan azalması səbəb ola bilər.

2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti