...

Manatın məzənnəsi sabit qalır - Dünya Bankı

Maliyyə Materials 16 May 2021 17:59 (UTC +04:00)
Manatın məzənnəsi sabit qalır - Dünya Bankı

Bakı. Zeyni Cəfərov - Trend:

Manatın mübadilə kursu sabit qalır və 2021-ci ilin aprelində valyuta satışının artması fonunda 1,7 AZN/USD təşkil edir.

Trend bu barədə Dünya Bankının aylıq hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, aprelin sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,37 milyard dollar, Dövlət Neft Fondunun aktivləri isə 42,8 milyard dollar məbləğində olub.

Hesabata əsasən, Dövlət Neft Fondunun aktivləri bu ilin əvvəli ilə müqayisədə 2 faiz azalıb ki, bu da fondun investisiya portfelində qızıl qiymətlərinin və bəzi valyutaların ucuzlaşması ilə əlaqədar olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti