...

Dünya Bankı Azərbaycanda qida məhsulları üzrə inflyasiya haqqında

Maliyyə Materials 1 Fevral 2023 18:29 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Mərkəzi Bankı (AMB) inflyasiya təzyiqinə qarşı davam gətirmək üçün likvidliyin absorbsiyası üzrə əməliyyatları daha da aktivləşdirdi.

Trend-in Dünya Bankının Azərbaycan üzrə aylıq iqtisadi hesabatına istinadən bildirdiyinə görə, AMB bank sektorunda likvidliyin azaldılması üçün öz banknotlarının emissiyasını artırmağa davam edib, bununla yanaşı, 2022-ci ilin noyabrında aylıq ölçüdə banknot portfeli 30 faiz artaraq pul bazasının səkkiz faizinə çatıb.

"Oktyabrda illik inflyasiya 15,6 faiz səviyyəsində stabilləşib ki, bu da Mərkəzi Bankın hədəf göstəricisindən (4 +/-2 faiz) xeyli yuxarıdır. 2022-ci ilin oktyabr ayında aylıq ölçüdə istehlak qiymətlərinin indeksi 2022-ci ilin sentyabr ayındakı 3,4 faizlə müqayisədə 1,6 faiz artıb. İnflyasiyanın ləngiməsi genişmiqyaslı xarakter daşıyıb: qida məhsulları üzrə inflyasiya 2,2 faizədək azalıb. Qeyri-qida məhsul və xidmətlərinin inflyasiyası da müvafiq olaraq 1,3 faiz və 0,9 faiz artmaqla ləngimişdir”, - hesabatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti