Bakı. Trend:
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4,5 milyard dollar təşkil edib.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
"Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələr beşliyinə Böyük Britaniya (1,4 milyard dollar), Türkiyə (872 milyon dollar), Kipr (593 milyon dollar), İran (296 milyon dollar) və Rusiya (295 milyon dollar) daxildir.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycana birbaşa xarici investisiyalar 6,275 milyard dollar olub (illik 30,9 faiz artım).
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın ödəniş balansının ümumi qalığı 9,375 milyard dollar olub ki, bu da inişilin analoji göstəricisindən 3,1 dəfə yüksəkdir.
2022-ci ildə cari əməliyyat hesabının profisiti 2021-ci illə müqayisədə 2,83 dəfə artaraq 8,3 milyard dollardan 23,5 milyard dollara (Azərbaycanın ümumdaxili məhsulunun 29,8 faizi) çatıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)