...

Vladanka Andreyeva gənclərin iqlim fəaliyyətinə cəlb edilməsi barədə danışıb

Yaşıl iqtisadiyyat Materials 20 İyun 2024 12:50 (UTC +04:00)
Vladanka Andreyeva gənclərin iqlim fəaliyyətinə cəlb edilməsi barədə danışıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin qarşıdan gələn Konfransını “maksimum ambisiya, maksimum fəaliyyət və maksimum dəstək” kimi xarakterizə etmək olar və əhalinin bütün təbəqələri bu beynəlxalq tədbirlərdə iştirak etməlidir.

Trend xəbər verir ki, bunu bu gün BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkil etdiyi iqlimlə bağlı fəaliyyətə dair forum zamanı deyib.

"Bizim bir planetimiz var, başqa planet olmayacaq. Onu qorumaq üçün suyun, torpağın, havanın saflığı haqqında düşünməliyik. Buna görə də əhalinin bütün təbəqələrinin iqlimlə bağlı fəaliyyətdə iştirak etməsi vacibdir", - Vladanka Andreyeva deyib.

Onun sözlərinə görə, COP29-da gənclərin səsi "təmsil olunacaq" və dinləniləcək.

"Miqyaslı iqlim maliyyə planı hazırlanır. Əhalinin bütün təbəqələrinin rəyi və biliyi nəzərə alınmadan onun səmərəli inkişafı və həyata keçirilməsi mümkün deyil. Bunda isə gənclərin rolu çox önəmlidir", - Andreyeva əlavə edib.

Onun fikrincə, gənc nəsil dünyanın iqtisadi inkişafının karbon qazı emissiyalarından azad olmasını təmin etməkdə çox maraqlıdır.

"Dünyanın yaşıl keçidi həyata keçirəcək və yaşıl iqtisadiyyatı inkişaf etdirəcək insanlara ehtiyacı var. Bunun üçün isə “yaşıl” proseslər və tendensiyalar haqqında biliklərə əsaslanan müvafiq təhsil lazımdır. Həm müəllimlər, həm də təlim keçən gənclər üçün", - o qeyd edib.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti