...

"Sıfır tullantı - Bakı təşəbbüsü"nün qəbul olunması planlaşdırılır - Faiq Mütəllimov

Yaşıl iqtisadiyyat Materials 27 İyun 2024 14:25 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 27-də Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forum beynəlxalq təcrübənin öyrənilməsi üçün çox vacibdir.

Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov sözügedən forum çərçivəsində deyib.

"Bizim üçün təqribən 300 iştirakçı ilə qarşılıqlı fikir mübadiləsi aparmaq və beynəlxalq təcrübəni öyrənmək çox vacibdir. Azərbaycan həmçinin öz milli prioritetlərində əsas məqsədlərdən biri kimi "yaşıl" inkişaf kursunu götürüb. Bu, "yaşıl" iqtisadiyyata keçid deməkdir. Bu təcrübə beynəlxalq prosesdə davam edir. Fikrimizcə, iki gün ərzində bu məsələ ilə bağlı geniş müzakirələr təşkil etmək mümkün olacaq", - deyə o qeyd edib.

F.Mütəllimov bildirib ki, forumun yekunnkarına əsasən iyunun 28-də "Sıfır tullantı - Bakı təşəbbüsü"nün qəbul edilməsi planlaşdırılır.

"Müasir dünyada tullantılar təkcə atılan məhsullar deyil. Əksinə, tullantılardan yeni məhsul istehsal etmək və yeni iqtisadi resurs qismində istifadə üçün tullantıların təkrar emalı müəssisələrinin istifadəsi geniş yayılıb. Bakıda bu istiqamətdə müxtəlif tədbirlər görülür. Lakin bizim fikrimizcə, regionlarda da bu istiqamətdə tədbirlərin keçirilməsi vacibdir. İnanırıq ki, bu iki gün səmərəli müzakirələrlə keçəcək. Nəticədə biz hamımız vacib məlumatları əldə edəcəyik, dünya isə Azərbaycanın müsbət təcrübəsinin şahidi olacaq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti