...

İİTKM və "Azexport.az" portalı könüllülər üçün "yaşıl" layihə reallaşdırır

Yaşıl iqtisadiyyat Materials 16 İyul 2024 17:56 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və "Azexport.az" portalının təşəbbüsü ilə könüllü tələbələr üçün "yaşıl söhbətlər" layihəsinin reallaşdırılmasına başlanılıb.

Trend bu barədə İİTKM-ə istinadən xəbər verir.

"Azexport.az" portalının rəhbəri Ayxan Qədəşov ""Yaşıl" iqtisadiyyatın inkişafında elektron kommersiyanın rolu" məruzəsini təqdim edib.

"Gənc nəsil "yaşıl" iqtisadiyyat konsepsiyasından xəbərdar olmalı, resursların səmərəli idarə olunmasının, ekoloji cəhətdən təmiz və müasir texnologiyalardan istifadənin əhəmiyyətini anlamalıdır. Elektron ticarət "yaşıl" iqtisadiyyat proseslərinə imkan yarada bilər", - deyə pres-relizdə qeyd olunub.

Həmçinin, könüllü tələbələrlə görüş zamanı rəqəmsal ödənişlərin üstünlükləri və rəqəmsal özünüməşğulluq perspektivləri müzakirə olunub. Bundan başqa, təlimdə "Amazon", "eBay", "Alibaba" və digər böyük platformalarda satışların əsasları öyrənilib.

"Yaşıl söhbətlər" layihəsi ölkədə "yaşıl" düşüncənin formalaşmasını dəstəkləmək məqsədi daşıyır. Bu layihə 2024-cü il üzrə elan edilmiş "Yaşıl dünya naminə həmrəylik" konsepsiyasına cavab verir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti