...

İqlim dəyişikliyi mövzusunda çox çətin vəziyyətdəyik - Braziliya XİN-in nümayəndəsi

Yaşıl iqtisadiyyat Materials 10 Oktyabr 2024 11:47 (UTC +04:00)
İqlim dəyişikliyi mövzusunda çox çətin vəziyyətdəyik - Braziliya XİN-in nümayəndəsi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz iqlim dəyişikliyi mövzusunda çox çətin vəziyyətdəyik. Lakin gələcək üçün addım atmalıyıq.

Trend xəbər verir ki, bu barədə Braziliya xarici işlər nazirliyi, iqlim, enerji, ətraf mühit üzrə xüsusi nümayəndə Andre Correa do Lago BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) çərçivəsində keçirilən “TROİKA Missiya 1.5 üçün Yol Xəritəsi: Beynəlxalq Əməkdaşlığın Artırılması” adlı dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təəssüf bir çoxları düşünür ki, çoxtərəflilik fayda verməyəcək.

“Biz çalışmalıyıq ki, çoxtərəfliliyi təşviq edək, inkişaf etdirək. Brazilya bunun legitimliyinə inanır və hər zaman vurğulayır.

Düşünürük ki, Bakıda yüksək nəticələr əldə etmək olar. Biz çalışmalıyıq nailiyyətlərə imza ataq”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilən PreCOP29 iclası keçirilir.

Konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” devizi ilə baş tutur.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti