...

Bakı Olimpiya Stadionuna məlumat səfərləri təşkil olunub (VİDEO)

Yaşıl iqtisadiyyat Materials 2 Noyabr 2024 11:50 (UTC +04:00)
Bakı Olimpiya Stadionuna məlumat səfərləri təşkil olunub (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 28-dən etibarən COP29 Azərbaycan Əməliyyat Şirkəti və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) Azərbaycana səfər edəcək nümayəndə heyətlərinin qabaqcıl işçi qrupları, eləcə də, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar üçün məlumat səfərləri təşkil edib.

Trend xəbər verir ki, bu barədə əməliyyat şirkətinin sosial medai hesabında paylaşım edilib.

Qeyd olunub ki, bu səfərlərin məqsədi qonaqları konfransa hazırlıq prosesləri ilə tanış etməkdir.

"İştirakçılar COP29 məkanında müvafiq hazırlıq işləri ilə yaxından tanış olublar və qısa müddət ərzində uğurla təşkil olunmuş genişmiqyaslı səylər barədə müsbət təəssüratlarını bölüşüblər", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti