...

Dünya bankı və Azərbaycan ofşor külək enerjisinin inkişafını müzakirə edirlər - Roland Prays (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 10 Fevral 2025 13:08 (UTC +04:00)
Dünya bankı və Azərbaycan ofşor külək enerjisinin inkişafını müzakirə edirlər - Roland Prays (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bankı və Azərbaycan ofşor külək enerjisinin inkişafını müzakirə edirlər.

Bunu Trend-ə özəl açıqlamasında Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib.

O qeyd edib ki, Dünya Bankı Beynəlxalq maliyyə korporasiya (İFC) və Dünya Bankı Qrupu ilə birlikdə Azərbaycanda ofşor külək enerjisinin potensialına həsr olunmuş analitik iş və tədqiqat aparıb.

“Belə bir nəticəyə gəlinib ki, bu sahənin inkişafı üçün ölkənin əhəmiyyətli imkanları var. Biz nəticələri hökumətə təqdim etmişik və onlar yüksək qiymətləndirilib. İndi bizim vəzifəmiz analitik mərhələdən layihənin həyata keçirilməsi üzrə praktiki addımlara keçməkdir”, -deyə Roland Prays bildirib.

O qeyd edib ki, ofşor külək enerjisin tətbiqi - təfsilatlı maliyyə planlaşdırması tələb edən çətin prosesdir.

“Bu cür layihələrə ilkin investisiyaları, bir qayda olaraq yüksək olur, lakin onların həyata keçirilməsi bərpa olunan enerji istehsalında əhəmiyyətli artımı təmin edəcək. Hal-hazırda Dünya Bankı növbəti addımlar, o cümlədən proqramın strukturkaşdırılması və mümkün maliyyə mənbələrinin axtarılması üzrə Azərbaycan hökuməti ilə danışıqlar aparır”, -deyə Prays vurğulayıb.

O, milli enerji sisteminin müasirləşdirilməsi və gücləndirilməsi layihəsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

"Bu hədəflərin həyata keçirilməsinə təxminən 175 milyon ABŞ dolları ayrılacaq ki, bu da şəbəkənin ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa və yeni bərpaolunan enerji mənbələri, xüsusilə günəş elektrik stansiyaları tərəfindən istehsal olunan enerjinin effektiv inteqrasiyasını təmin etməyə imkan verəcək. Bu layihənin həyata keçirilməsi ölkənin "yaşıl" enerji dəhlizinin inkişafında mühüm addım olacaq", – deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti