...

"Azercell" Çində baş verən zəlzələ ilə əlaqədar abunəçilərinə yardım edib

Telekommunikasiya Materials 16 May 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" Çində baş verən zəlzələ ilə əlaqədar bu ölkədə olan abunəçilərinin hesabına onların ailələri ilə problemsiz əlaqə saxlamaları üçün 500 manat köçürüb. Şirkətin mətbuat katibi Rüfət Abbasovun bildirdiyinə görə, bununla da "Azercell" abonentlərinə dəsətk olaraq, onların çətin anlarında yaxınları ilə ünsiyyət qurmalarına kömək etmiş olub.

" Azercell Telecom"un əsas prioriteti sayı 3 milyondan artıq olan abonentlərinin qayğısına qamaqdan ibarətdir" - deyə Abbasov bildirib.

"Azercell" Çinin iki mobil operatoru, " China mobile" ve "China Telecom" şirkətləri ilə rominq tərəfdaşlığı edir.

Zəlzələ Çinin Sıçuan əyalətində mayın 12-də baş verib. 100 min nəfərin ətrafla əlaqəsi kəsilib. 7,8 bal gücündə olan zəlzələ 10 min nəfərdən çox insanın həyatina son qoyub, 2 min nəfərdən cox insan itkin düşüb.

Xəbər lenti

Xəbər lenti