Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir S.Babayeva/ Azərbaycan mobil rabitə xidməti keyfiyyətinin qiymətləndirilməsinə dair 352 respondent (56 faiz qadınlar, 44 faiz kişilər) arasında aparılan sorğu göstərib ki, istifadəçilər Azercell Telecom-un xidmətlərini digər operatorların təqdim etdikləri xidmətlər arasında ən keyfiyyətli hesab edirlər.
Sorğunu aparan Business İnsight İnternational Research Group şirkətinin hesabatında deyilir ki, Azercell Telecom-un adını soruşulanların 74 faizi çəkib. Digər operatorlaru - Bakcell, Nar Mobile və Catel müvafiq olaraq 11, 3 və 1 faiz respondent seçib.
Respondentlərin 42 faizi hesab edir ki, bazarda ən münasib xidmətləri Bakcell göstərir. Onun ardınca Azercell (26,3 faiz), Nar Mobile (12,5 faiz) və Catel (2,3 faiz) gəlir.
Respondentlərin 72 faizi ən aruzlanan mobil telefon kimi Nokia, 7,5 faiz - Samsung, 4 faiz - Sony Ericsson, 2 faiz - Panasonic, 1,5 faiz - Motorola və 1 faiz - Siemens-i göstəriblər.