...

Azərbaycan saytlarının problemi keyfiyyətli təhlükəsizlik sisteminin olmaması ilə bağlıdır - ekspertlər

Telekommunikasiya Materials 3 Oktyabr 2008 14:45 (UTC +04:00)
Azərbaycan saytlarının problemi keyfiyyətli təhlükəsizlik sisteminin olmaması ilə bağlıdır - ekspertlər

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir S.Babayeva/ "Azərbaycandakı saytlar müasir və keyfiyyətli texnologiyalar əsasında yaradılmalıdır", - deyə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədov dünən naməlum xakerlər tərəfindən Azərbaycanın bir sıra dövlət müəssisələrinə məxsus saytların sındırılmasına şərh verərkən bildirib.

Dünən Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Dövlət Auditorlar Palatası, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi və "XXI əsr" Ümumtəhsil Mərkəzinin saytları sındırılıb.

İdarə nümayəndəsi qeyd edir ki, xaker hücumlarından qaçma dərəcəsi ilk növbədə saytın keyfiyyətindən -yerləşdiyi serverədəki hazırlanma səviyyəsindən asılıdır.

"Sayt hazırlanan zaman xakerlər tərəfindən sındırılma kimi acınacaqlı nəticələrə gətirib çıxara biləcək bütün boşluqlar və çatışmazlıqlar nəzərə alınmalıdır", - deyə Gülməmmədov bildirib.

Şöbə rəhbəri hesab edir ki, heç kim saytların xakerlər tərəfindən sındırılmasından sığortalanmayıb, lakin bununla yanaşı, güclü müdafiə sistemini təmin etmək lazımdır.

"Azərbaycan İnternet-forumu" Qeyri-Hökumət Təşkilatının rəhbəri Osman Gündüz bildirib ki, dövlət müəssisələrinə məxsus veb-saytların müdafiə məsələsi müvafiq instansiyalarda müzakirnə olunmalıdır.

"Bu olduqca vacib məsələdir. Bir tərəfdən, bu istifadəçinin hüququnun pozulması deməkdir, digər tərəfdən isə dövlət əmlakına ziyandır", - deyə o qeyd edib.

Gündüzün sözlərinə görə, İnternet resursların xaker hücumlarından mühafizəsi üçün dövlət saytlarının təhlükəsizliyinə görə məsuliyyət daşıyan dövlət orqanları müdafiə sistemini möhkəmləndirməli, həmçinin problemin birgə həlli yollarını tampalıdırlar.

"Texniki-hüquqi məsələlərə Azərbaycan Prezidenti yanında Xüsusi Təhlükəsizlik Xidməti nəzdində qrum, kriminal məsələlərə isə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri baxır", - deyə "Azərbaycan İnternet-forumu" QHT-nin rəhbəri bildirib.

Digər ekspertlərin qiymtləndirməsinə görə, Azərbaycan saytlarının problemi onların lazımi təhlükəsizlik sisteminə malik olmamasından ibarətdir. Saytların yaradıcıları dizayn, portallarda yerləşdirilən materialların həcm çoxluğuna üstünlük verərək hazırki məsələyə lazımi diqqət ayırmırlar və bu da bundan istifadə etmək imkanını qaçırmayanlar üçün "əlverişli" şərait yaradır.

Bu tipli problemlərin qarşını almaq üçün normativ-hüquqi baza, serverlərin texniki bazasının gücləndirilməsi, belə məsələlərlə işləmə təcrübəsinə malik ixtisaslaşdırılmış kadrların hazırlanması nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti