Azərbaycan, Bakı, 10 oktyabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom sentyabrda 17 yeni stansiyanı istismara verib. Şirkətin verdiyi xəbərə görə, onların 3 - ü Bakı, digərləri isə, Ağcabədi, Ağdaş, Balakən, Bərdə, Beyləqan, Cəlilabad, Gəncə, Göyçay, Göy-göl, İsmayıllı, Qax, Yardımlı, Zaqatala və Zərdab rayonlarının ərazisində quraşdırılıb.
Hazırda Azercell-in stansiyalarının sayı təxminən 1500 - ə bərabərdir.
Bundan əlavə, 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 12 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb.
Azərbaycanda ən iri mobil rabitə operatoru olan Azercell Telecom - un abunəçilərinin sayı bu gün 3,5 mln. nəfərə bərabərdir.